"Fənərbağça" Türkiyə millisinin və Portuqaliyanın "Benfika" klubunun futbolçusu Kərəm Aktürkoğlunun keçidini həll edib.
“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçinin transferi üçün Lissabon klubu ilə anlaşıb. “Fənərbağça” Aktürkoğluna görə qarşı tərəfə ümumilikdə 25 milyon avro təzminat ödəyəcək.
İddiaya görə, futbolçu artıq “Benfika”dakı komanda yoldaşları ilə vidalaşıb. Onun yaxın vaxtlarda İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, Kərəm Aktürkoğlu “Benfika”ya 2024-cü ilin sentyabr ayında “Qalatasaray”dan keçib.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək