Türkiyə milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və İspaniya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
“İki sahil” xəbər verir ki, yığmanın baş məşqçisi Vinçenso Montella 28 futbolçuya dəvət göndərib .
Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”, İngiltərə), Berke Özer (“Lill”, Fransa ), Mert Günok (“Beşiktaş”), Uğurcan Çakır (“Trabzonspor”).
Müdafiəçilər: Abdülkərim Bardakçı, Eren Elmalı ( hər ikisi “Qalatasaray”), Çağlar Söyüncü, Yusuf Akçiçək, Mərt Müldür ( hamısı “Fənərbağça”), Fərdi Kadıoğlu (“Brayton”, İngiltərə), Merih Demiral (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Samət Akaydın (“Rizəspor”), Zeki Çelik (“Roma”, İtaliya).
Yarımmüdafiəçilər: Orkun Kökçü, Dəmir Ege Tıknaz (“Beşiktaş”), Hakan Çalhanoğlu (“İnter”, İtaliya), İsmail Yüksək (“Fənərbağça”), Kaan Ayhan, Yunus Akgün (“Qalatasaray”), Salih Özcan (“Borussiya Durtmund”, Almaniya), Arda Gülər (“Real Madrid”, İspaniya), İrfan Can Kahvəçi, Oğuz Aydın (“Fənərbağça”), Kənan Yıldız (“Yuventus”, İtaliya), Kərəm Aktürkoğlu (“Benfika”, Portuqaliya).
Hücumçular: Barış Alpər Yılmaz (“Galatasaray”), Can Uzun (“Ayntraxt”, Almaniya), Dəniz Gül (“Ştuttqart”, Almaniya).
Qeyd edək ki, Türkiyə milli komandası sentyabrın 4-də səfərdə Gürcüstan, 7-də isə evdə İspaniya seçməsi ilə qarşılaşacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək