Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
“İki sahil” xəbər verir ki, qızlardan Məsumə Məmmədli (70 kq) 1/6 final mərhələsində Vanessa Karaffova (Çexiya) ilə üz-üzə gələcək.
Oğlanlardan Sübhan Axundov (+90 kq) 1/8 finalda Kaito Tokita (Yaponiya) / Ahmad Alabaidan (Küveyt) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 13 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar. Bu gün mundialda fərdi mübarizəyə yekun vurulur. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək