İngiltərənin "Nottingem Forest" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızılar" "Yuventus"dan Nikolo Savonanı transfer edib.
"Nottingem Forest" italiyalı futbolçu üçün Turin klubuna 15 milyon avro təzminat ödəyəcək. Premyer Liqa təmsilçisi 22 yaşlı sağ cinah müdafiəçisi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Nikolo Savona "Yuventus"un yetirməsidir. İtaliya millisinin üzvü ötən mövsüm "ağ-qaralar"ın heyətində meydanda çıxdığı 40 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək