“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının ümumi mərhələsinin püşkatması barədə fikirlərini bölüşüb.
“İki sahil” AS nəşrinə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis deyib:
“Bütün klublar Çempionlar Liqasını qazanmaq məqsədi daşıyır. Bu, bizim iştirak etdiyimiz ən yaxşı turnirdir. Yeni format sadəcə möhtəşəm effekti yaradır. Rəqiblərimizdən razıyıq. Hər bir oyun xüsusi olacaq.
Ötən mövsüm yarımfinalda çox yaxşı çıxış etdik və daha artığına layiq idik. Bu mövsüm isə daha yaxşı nəticə əldə etmək üçün çalışacağıq”.
Qeyd edək ki, Kataloniya klubu bu mərhələdə PSJ (ev), “Çelsi” (səfər), “Ayntraxt” (ev), “Bryügge” (səfər), “Olimpiakos” (ev), “Slaviya” (səfər), “Kopenhagen” (ev) və “Nyukasl” (səfər) ilə qarşılaşacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək