"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
“İki sahil” xəbər verir ki, Naxçıvan təmsilçisi ilkin mərhələnin sonuncu matçında Avstriya çempionu "Ljuti Krajişniçi" klubu ilə üz üzə gəlib.
Linz şəhərindəki NMS İdman Sarayında keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 12:3.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.
Beləliklə, Naxçıvan təmsilçisi F qrupunun qalibi kimi UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 26-dan noyabrın 2-dək baş tutacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək