Kişi basketbolçuları arasında Avropa çempionatında III turun oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, A qrupunda yer alan Türkiyə millisi üçüncü matçında Portuqaliya ilə üz-üzə gəlib.
Riqa şəhərində yerləşən eyniadlı arenada oynanılan görüş "ay-ulduzlular"ın 95:54 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Türkiyə seçməsi 1/8 finala vəsiqəni təmin edib.
Ergin Atamanın baş məşqçisi olduğu kollektiv bundan əvvəl Latviyanı 93:73, Çexiyanı isə 92:78 hesabı ilə üstələyib.
Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək