"Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, 7-ci qrupda yer alacaq Azərbaycan çempionu "Yunayted Qalati" (Rumıniya), "Differdanj 03" (Lüksemburq) və "Taigers Roermand" (Niderland) klubları ilə mübarizə aparacaq.
Cari mövsümdə futzal üzrə UEFA Çempionlar Liqası fərqli formatda keçiriləcək. Belə ki, əsas mərhələdən sonra komandalar 1/8 və 1/4 finalda iştirak edəcəklər. Cütlüklər püşkatma yolu ilə müəyyənləşəcək və matçlar ev-səfər prinsipi ilə oynanılacaq. Qaliblər 2 oyunun nəticəsinə əsasən bəlli olacaq.
Sonda 4 komanda final mərhələsində iştirak hüququ qazanacaq. Bu raundun yarımfinalında üstün olan tərəflər finalda, məğlublar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunları oktyabrın 26-dan noyabrın 2-dək təşkil olunacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək