"Liverpul"un və Misir millisinin cinah oyunçusu Məhəmməd Salah 2025/2026-cı il mövsümündə İngiltərə Premyer Liqası çempionu olmaq üçün əsas namizədin adını açıqlayıb.
“İki sahil” xəbər verir ki, futbolçunun sözlərini "Sky Sports" yayıb.
"Çempionluğun favoritlərindən danışsaq, "Arsenal"ı vurğulayardım. Onların təxminən 5-6 ildir birlikdə oynayan stabil heyəti var, ona görə də meydanda qarşılıqlı əlaqə daha asandır. Son vaxtlar "Liverpul" və "Mançester Siti"nin heyətlərində çoxlu dəyişikliklər olub və bu, bəzən əlavə çətinliklər yaradır. Qvardiolanın komandası bu mövsüm namizədlər sırasındadır, amma mən "Arsenal"a iddialıyam", - Salah qeyd edib.
Qeyd edək ki, Premyer Liqanın 3-cü turu çərçivəsində bu gün - avqustun 31-də "Liverpul" və "Arsenal" komandaları qarşılaşacaq. Qarşılaşmanın Bakı vaxtı ilə saat 19:30-da başlaması nəzərdə tutulub. Hər iki komanda mövsümün iki açılış oyunundan sonra mümkün olan maksimum xal toplayıb - 6.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək