"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını hansı stadionda keçirəcəyi dəqiqləşib.
“İki sahil” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Artıq Avropa futbol qurumunun saytında Azərbaycan çempionunun ev matçlarının yeri mərkəzi arena olaraq göstərilib.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də açıqlamasında məlumatı təsdiqləyib.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində 8 oyuna çıxacaq. Matçların 4-ü evdə, 4-ü səfərdə olacaq. Ağdam təmsilçisi əsas mərhələyə sentyabrın 16-da Portuqaliyada "Benfika"ya qarşı görüşlə start verəcək. İlk ev qarşılaşması isə oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı olacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək