Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli zədələnib.
“İki sahil” xəbər verir ki, 28 yaşlı hücumçu bu səbəbdən komandasının 2-ci Bundesliqanın V turunda bu gün "Darmştadt"a qarşı keçirəcəyi oyunda meydana çıxa bilməyəcək. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə oyunları üçün Azərbaycan millisinin heyətinə cəlb olunub. Onun zədəsinə görə heyətdən çıxarılıb-çıxarılmayacağı hələ bilinmir.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək