Misli Premyer Liqasının 3-cü turunda "Qarabağ" səfərdə "Karvan" ilə üz-üzə gəlib.
“İki sahil” xəbər verir ki, yarışın 11-ci dəqiqəsində hesab açılıb. Belə ki, topu uzaqlaşdırmağa çalışan “Karvan”ın futbolçusu Elvin Yunuszadə topu öz qapısından keçirib. 72-ci dəqiqədə isə Emmanuel Addai “Qarabağ”ın üstünlüyünü iki topa yüksəldib - 0-2.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
3-cü tur
31 avqust (bazar)
17:00. “Karvan” 0–2 “Qarabağ”
Qol: Elvin Yunuszadə, 11 – avtoqol (0-1), Emmanuel Addai, 72 (0-2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək