Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq.
“İki sahil” Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün keçiriləcək oyunlardan sonra yarımfinalçılar müəyyənləşəcək.
"Kür" komandası Özbəkistan millisi ilə üz-üzə gələcək. Qarşılaşma saat 17:00-da "AHF Arena"da start götürəcək.
"Bakı" – "Qarabağ" matçı isə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, yarışın qalibi sentyabrın 3-də müəyyənləşəcək.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək