İspaniya təmsilçisi "Barselona"nın keçmiş baş məşqçisi Xavi Ernandes Almaniyanın "Bayer" (Leverkuzen) klubunu çalışdıra bilər.
“İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, 45 yaşlı ispaniyalı mütəxəssis Leverkuzen rəhbərliyi tərəfindən baş məşqçi postu üçün nəzərdə tutulub.
Xavinin son iş yeri 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa qədər çalışdırdığı "Barselona" olub və bu klubu 2023-cü ildə İspaniya çempionu edib.
Qeyd edək ki, “Bayer” bu gün niderlandlı baş məşqçi Erik ten Haq ilə yollarını ayırıb.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək