"Qalatasaray" "Manchester City"nin ulduz futbolçusu İlkay Gündoğanla anlaşma əldə edib.
“İki sahil” xəbər verir ki, sarı-qırmızılılar, Almaniya millisinin də formasını geyinən 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayacaq. Razılaşmaya əsasən, Gündoğan hər mövsüm üçün 7 milyon avro məvacib alacaq.
Ulduz futbolçunun uçuş planı artıq müəyyənləşib. İlkay Gündoğan sentyabrın 2-si, səhər saatlarında İstanbula gələcək. O, tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqaviləyə imza atacaq.
Bu mövsüm "Manchester City"nin heyətində 4 oyuna çıxan Gündoğan, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək