İspaniya La Liqasında yayın ən bahalı futbolçu transferləri bəlli olub.
“İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, ən bahalı üç keçidi "Real" gerçəkləşdirib.
Birinci pillədə İngiltərə təmsilçisi "Bornmut"dan bu komandaya keçən Din Huysen (62,5 milyon avro) qərarlaşıb.
İkinci sırada Portuqaliyanın "Benfika" klubundan transfer olunan Alvaro Karreras (50 milyon avro) yer alıb. "Real" Argentinanın "River Pleyt" komandasından Franko Mastantuononu isə 45 milyon avroya alıb.
"Vilyarreal"ı "Atletiko"ya dəyişən Aleks Baena (42 milyon avro) dördüncü, Fransanın "Lion" klubundan "Vilyarreal"a keçən Georgi Mikautadze (31 milyon avro) beşincidir.
Qeyd edək ki, La Liqada yay transfer dönəmi sentyabrın 1-i, Bakı vaxtı ilə saat 22:00-da bağlanıb.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək