"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Çelsi"nin (İngiltərə) futbolçusu Ben Çiluell Fransanın "Strasburq" klubuna keçib.
“İki sahil” xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi 2020-ci ildə "Mançester Siti"dən "Çelsi"yə transfer olunub. O, komandanın heyətində bütün yarışlarda ümumilikdə 106 oyun keçirib.
"Qarabağ" UEFA Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək