UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
“İki sahil” xəbər verir ki, son Azərbaycan çempionu “Sabah” liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Komanda bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
“Sabah” ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunlarının oktyabrın 22-də, cavab görüşlərinin isə noyabrın 5-də keçirilməsi nəzərdə tutulub.
“Nant” - “Sabah” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Austria” (Vyana, Avstriya) - “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək