İtaliyanın "Napoli" klubunun futbolçusu Romelu Lukaku "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında iştirak edə bilməyəcək.
“İki sahil” Neapol təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun adı turnirin ilk 8 görüşü üçün iştirak ərizəsinə daxil edilməyib.
Buna forvardın zədəli olması səbəb olub. Hazırkı İtaliya çempionu "Mançester Yunayted"dən aldığı Rasmus Heylunnu siyahıya daxil edib.
Qeyd edək ki, bud nahiyəsindən zədə alan Lukakunun 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. "Qarabağ" "Napoli" ilə noyabrın 25-də İtaliyada üz-üzə gələcək.
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək