2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
“İki sahil” xəbər verir ki, Reykyavikdə baş tutacaq matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Sander van der Eykə Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Mark Naqteqaal dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti olacaq.Avstriyalı Tomas Eynvaller isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda təşkil olunacaq İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək