13 sentyabr 2025 13:49
114

Amerika-Suriya Şurası: Dəməşq danışıqları sanksiyaların ləğvinə yönəlib

Dəməşqdə Suriya prezidenti Əhməd Əl Şaraa və xarici işlər və mühacirlər naziri Əsəd Həsən əl-Şeybani ilə görüşlərində Suriyaya qarşı sanksiyaların ləğvi, ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması müzakirə olunub.

İki sahil” SANA-ya istinadla xəbər verir ki, bu barədə Amerika-Suriya Şurası məlumat yayıb.

Şuranın “X” sosial media platformasında yayımlanan məlumatda bildirilir ki, bu ay Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında keçiriləcək görüşləri zamanı prezident Əl Şaraa və nazir əl-Şeybanini qonaq etməkdən məmnun olacaqlar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”