13 sentyabr 2025 23:57
107

Qırğızıstanın keçmiş prezidentinin ailəsi evindən çıxarılır

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ailəsi Koy-Taş kəndindəki evindən məcburi şəkildə çıxarılır.

“İki sahil” "İnterfaks"a istinadən xəbər verir ki, ev dövlət mülkiyyətinə keçib.

Qırğızıstanın Dövlət Əmlakını İdarəetmə Agentliyindən bildiriblər ki, məhkəmə qərarı ilə Atambayevin evinin yerləşdiyi Koy-Taş kəndindəki ərazi dövlət mülkiyyətinə qaytarılıb. Ərazidə yaşlılar evi və uşaq bağçası tikmək planlaşdırılır.

Xatırladaq ki, iyunun 3-də Bişkekin Birinci May Rayon Məhkəməsi ölkənin keçmiş prezidenti Almazbek Atambayevi əmlakını müsadirə etməklə 11 il altı ay azadlıqdan məhrum edib.