Britaniyanın enerji şirkəti Centrica ABŞ-ın X-Energy şirkəti tərəfindən hazırlanmış 12 təkmil Xe-100 nüvə reaktorunu Hartlepul şəhərində quraşdıracaq. Centrica-ya görə, layihə 960 MVt-a qədər əlavə enerji təmin edəcək ki, bu da 1,5 milyon evi elektrik enerjisi ilə təmin etmək üçün kifayət edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətin "centrica.com" saytı məlumat yayıb.
Şirkətlər arasında saziş ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri zamanı imzalanması gözlənilən nüvə enerjisinin inkişafının sürətləndirilməsinə dair transatlantik sazişin tərkib hissəsi olacaq.
Hazırkı Hartlepool zavodunun 2028-ci ildə istismardan çıxarılması nəzərdə tutulur. Onu yeni modul reaktorlar əvəz edəcək.