16 sentyabr 2025 11:53
100

Estoniya Rusiya sərhədi yaxınlığında tank əleyhinə xəndəklər qazır

Estoniya hakimiyyəti Rusiya sərhədi yaxınlığında tank əleyhinə xəndəklərin  tikintisini 2027-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki,  bu barədə ERR məlumat yayıb.

Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Ainar Afanasev portala bildirib ki, 2027-ci ilin sonuna kimi 40 km-dən çox tank əleyhinə xəndəyin tikintisini başa çatdırmaq planlaşdırılır.

Bundan əlavə, 600 bunkerin təchiz edilməsi planlaşdırılır.

Xəndək Baltikyanı müdafiə xəttinin bir hissəsi olacaq. ERR-in məlumatına görə, müdafiə zonasının ümumi uzunluğu təxminən 100 km olacaq.