Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Türkiyənin rolundan danışıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə "Anadolu" xəbər agentliyinə müsahibəsində deyib.
Tsahkna bildirib ki, Türkiyə regionda sabitliyin yaranmasında çox əhəmiyyətli rol oynayır:
"Keçən həftə Azərbaycanda səfərdə idim. Türkiyə də Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin təmin olunması və strateji ticarət dəhlizlərinə investisiya qoyulması prosesini ciddi şəkildə dəstəkləyir. Türkiyə ilə həm ikitərəfli, həm də bəzi digər regionlarda hər sahədə əməkdaşlıq edirik", - nazir qeyd edib.
Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar
Dunay çayında suyun səviyyəsi minimuma enib, onilliklər əvvəl batmış gəmilər üzə çıxıb
Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir