Avropa İttifaqı (Aİ) üzv ölkələrin ərazisi boyunca qoşun və hərbi texnikanın sürətli daşınması üçün yeni sistem yaradır.
“İki sahil”in "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.
Onun sözlərinə görə, Aİ birliyə daxil olan ölkələr arasında hərbi bölmələrin, zirehli texnikanın və silahların daşınma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək xüsusi sistem tətbiq etməyi planlaşdırır. Bu sistem logistikanı, nəqliyyat infrastrukturunu, eləcə də hazırda qüvvələrin yerdəyişməsini ləngidən bürokratik prosedurları əhatə etməlidir.
Eyni zamanda bildirilib ki, layihə Aİ-nin ümumi müdafiə siyasətinin bir hissəsi olaraq şərq cinahının təhlükəsizliyini gücləndirməyə yönəlib.
Təşəbbüs üzv ölkələr arasında fəaliyyətlərin əlaqələndirilməsi və böhran vəziyyətlərində sürətli reaksiya vermək üçün vahid rəqəmsal mexanizmin yaradılmasını nəzərdə tutur.
"Razılaşmaya birbaşa olmayan dialoq vasitəsilə nail olmaq mümkündür", - o bildirib.
Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar
Dunay çayında suyun səviyyəsi minimuma enib, onilliklər əvvəl batmış gəmilər üzə çıxıb
Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir