“Şərqi Azəri” platforması yenidən işə salınıb.
“Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı BP şirkətindən AZƏRTAC-a bildirilib ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq “Şərqi Azəri” platformasında noyabrın 7-də başlanmış 12 günlük profilaktik işlər təhlükəsiz şəkildə, uğurla başa çatdırılıb və platforma yenidən işə salınıb.