20 noyabr 2016 01:33
364

Barak Obama ABŞ-ın qütblərdə neft axtarışına mane olub

Barak Obama ABŞ-ın enerji şirkətlərinin qütb bölgələrində neft axtarışı fəaliyyətini əngəlləyib.

AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Barak Obama vəzifə müddətinin bitməsinə iki ay qalmış ABŞ-ın Alyaska ştatı sahillərində neft-qaz axtarışı və hasilatı fəaliyyətinə mane olub.

Belə ki, Obama hökuməti neft-qaz axtarışı və hasilatı fəaliyyətləri üçün enerji şirkətlərinə verilən icarə haqlarını ləğv edib. Sözügedən qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək, Alyaska ştatının şimalındakı Bofort və Çukot dənizlərində işləyən şirkətləri əhatə edəcək.