07 yanvar 2026 23:39
188

Avropada güclü qar səbəbindən minlərlə uçuş ləğv olunub

Güclü qar və buzlu hava şəraiti Avropanın bir neçə şəhərində hava limanlarının fəaliyyətini pozub.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti xəbər verib.

Məlumata əsasən, bu həftə Amsterdamın Sxipxol hava limanında 2000-dən çox uçuş ləğv edilib və ləğvlərin davam edəcəyi gözlənilir. Aviaşirkətlər Almaniya, Belçika və Fransaya uçuşları təxirə salmaq məcburiyyətində qalıblar.

Fransa və Niderlanddakı meteorologiya agentlikləri güclü qar və buz səbəbindən əksər departamentlər üçün narıncı hava xəbərdarlığı elan edib. Hava şəraitinin kəskin soyuması səbəbindən Paris və onun ətraf ərazilərində ağır yük maşınlarının və minik avtomobillərinin hərəkətinə məhdudiyyətlər tətbiq edilib.