ABŞ heç bir konkret ölkəyə məxsus olmayan Venesuela nefti daşıyan daha bir tanker olan, "Sophia" adlı tankeri saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.
Onun sözlərinə görə, yanvarın 7-də ABŞ "Sofiya adlı başqa bir tankeri saxlayıb; əməliyyat Pentaqon və ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən birgə həyata keçirilib".
"Bu, "kölgə" donanmasından olan, sanksiyalı milli olmayan bir tankerdir və [saxlanma] heç bir insident olmadan baş verib", - deyə K.Livitt qeyd edib.