07 yanvar 2026 23:53
173

Rubio: ABŞ-ın Venesuela ilə bağlı üç mərhələli planı var

“ABŞ-ın Venesuela ilə bağlı üç mərhələli planı var”.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlama verib. O, bildirib ki, bu plana stabilləşmə, bərpa və keçid mərhələləri daxildir.

“ABŞ qüvvələrinin Nikolas Maduronu ələ keçirməsindən sonra ölkədə sabitləşmə başlayacaq. Daha sonra ABŞ neft şirkətlərinin bərpa mərhələsində ölkəyə girişi təmin ediləcək və nəhayət, ABŞ keçidə nəzarət edəcək”,- deyə Rubio bildirib.