08 yanvar 2026 00:44
169

Hələbdə toqquşmalar zamanı beş nəfər ölüb, 30-dan çox insan xəsarət alıb

"Suriya Demokratik Qüvvələri" (SDQ) tərəfindən Hələbə qarşı həyata keçirilən artilleriya hücumları nəticəsində ölənlərin sayı beşə çatıb, daha 31 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bunu "Al-Ikhbariya" telekanalı tibbi mənbəyə istinadən məlumat yayıb.

Suriya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hücum nəticəsində azı üç təhlükəsizlik əməkdaşı yaralanıb. SDQ qüvvələri Şeyx-Məqsud və Əşrəfiya məhəllələrindən mülki şəxslərin təxliyəsini müşayiət edən döyüşçülərin bölməsinə hücum ediblər.

Qeyd olunur ki, Suriya Mülki Müdafiə Xidməti toqquşmaların baş verdiyi rayonlardan 3 mindən çox sakini təxliyə edib.

Xatırladaq ki, Suriyanın paytaxtının şimalında vəziyyət yanvarın 6-da gərginləşib. Həmin gün SDQ pilotsuz uçuş aparatlarının köməyi ilə hökumət qüvvələrinin mövqelərinə hücum edib. Hücum zamanı 4 nəfər ölüb, 15 nəfər isə yaralanıb.