ABŞ Qrenlandiyanı ilhaq edərsə Arktika üzərində daha çox nəzarət imkanı əldə edə biləcəyinə inanır.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü katibi Kerolin Livit brifinqdə bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun Qrenlandiya üzərində tam nəzarəti ABŞ-yə Çin və Rusiyanın bu kritik və strateji bölgədəki fəaliyyətlərini məhdudlaşdırmağa kömək edəcək.
"Bunun bir çox başqa faydaları da var", - deyə o əlavə edib.