BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-nin təşkilatın bəzi strukturlarından çıxmaq qərarı ilə əlaqədar təəssüfünü bildirib.
“İki sahil” xəbər verir ki, bunu Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bəyan edib.
"BMT Nizamnaməsinə əsasən, Birləşmiş Ştatlar da daxil, bütün üzv ölkələr təşkilatın müntəzəm və sülhməramlı büdcəsinə ödənişlər etməlidir".
BMT Baş katibinin sözçüsü qeyd edib ki, təşkilatın bütün strukturları öz işlərini davam etdirəcək.