Suriya Ordusunun nəzarətə götürdüyu Tabkada terror təşkilatı YPG-nin həbsxanasının görüntüləri yayılıb.
“İki sahil” xəbər verir ki, fotoları "Anadolu Agentliyi"nin çəkiliş qrupu lentə alıb.
Məlumata görə, YPG Tabkadan çıxarkən həbsxanadakı əsirləri öldürüb.
Suriya hökuməti buna görə YPG-ni müharibə cinayəti törətməkdə günahlandırıb.