19 yanvar 2026 14:20
132

İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi

İsrailin Azərbaycandakı keçmiş səfiri Eitan Naeh 63 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Eitan Naeh 2001-2005-ci illərdə Azərbaycanda fəaliyyət göstərib və İsraillə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayıb.