20 yanvar 2026 11:25
134

Naxçıvanda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılır

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar respublikamızın hər bir bölgəsində anım mərasimləri keçirilir, on minlərlə insan şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildirmək üçün xiyabanlara axın edir. Xalqımızın azadlıq mübarizəsinin simvoluna çevrilən bu tarixi gündə vətəndaşlarımız şəhid məzarlarını ziyarət edərək, milli birliyimizi bir daha nümayiş etdirirlər.

“İki sahil” xəbər verir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikasında insanlar Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına üz tutur, azadlıq mücahidlərimizin, Vətən müharibəsində canından keçən qəhrəmanlarımızın məzarlarını ziyarət edir, şəhidlərin xatirəsini ehtiramla anırlar.

Qanlı Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında da şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım tədbirləri keçirilir.