Otuz üç il əvvəl Xankəndidən çıxmalı olduq və uzun illərdən sonra vətənə qayıtmaq böyük bir xoşbəxtlikdir.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xankəndiyə köçən keçmiş məcburi köçkün Familə Pəniyeva söyləyib.
Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə təşəkkür edib.
"Evlərimiz pişkatma yolu ilə müəyyən edilib və bundan sonra təhlükəsiz şəraitdə yaşaya biləcəyik.
Oradan çıxanda çox çətinliklər yaşamışdıq, amma heç birimiz ümidimizi itirmədik. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram",- deyə o əlavə edib.
Saatlıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Aeroport şosesi - mərkəz istiqamətində yol buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib