22 yanvar 2026 17:37
103

Trampdan Putinə çağırış

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Ukraynada döyüş əməliyyatlarının başa çatdırılmasına çağırıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu bəyanat Amerika liderinin Davosda Ukrayna prezidenti Vladimir Zelenski ilə apardığı danışıqlardan qısa müddət sonra səsləndirilib.

Jurnalistlərin Vladimir Putinə hansı mesajı çatdırmaq istədiyi barədə sualını cavablandıran Donald Tramp bildirib: “Bu müharibə bitməlidir”. O, həmçinin əlavə edib: “Prezident Zelenski ilə görüş yaxşı keçdi. Görək, nəticə nə olacaq”.

Donald Tramp və Vladimir Zelenski arasında aparılan danışıqlar təxminən bir saat davam edib. Ukrayna prezidentinin ofisində görüş “çox yaxşı” kimi qiymətləndirilib.