22 yanvar 2026 23:24
99

Pakistanda baş verən yanğında ölənlərin sayı 67-yə çatıb

Pakistanın cənubunda yerləşən Karaçi şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 67-yə yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "Geo" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.