Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskvada ölkə lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun başçılıq etdiyi Amerika nümayəndə heyəti arasında aparılan danışıqları şərh edib.
“İki sahil” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Uşakov tərəflərin ərazi məsələsi həll olunmadan uzunmüddətli nizamlanmaya ümid etməyin mümkün olmadığını qeyd etdiyini vurğulayıb.
"23 yanvarda Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçiriləcək", – deyə Rusiya Prezidentinin köməkçisi bildirib.
O əlavə edib ki, təhlükəsizlik üzrə işçi qrupuna Rusiyadan Müdafiə Nazirliyi rəhbərliyinin nümayəndələri daxil olub.
"Görüş ABŞ-nin Ukrayna və Avropa ilə təmaslarının nəticələri barədə məlumat əldə etməyə yönəlmişdi. Stiv Uitkoff və Cared Kuşner Donald Trampın Volodimir Zelenski ilə görüşündən aldıqları təəssüratlarını bölüşdülər", – yerli KİV Uşakovun sözlərini belə çatdırıb.
Aİ missiyası Bakı və İrəvan arasında sülh sazişindən sonra Ermənistan sərhədini tərk edəcək
Gürcüstan Venesuelanı Abxaziya və Cənubi Osetiyanın tanınmasını GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR
Tramp miqrantlara qarşı mübarizə üçün NATO-nun 5-ci maddəsinin tətbiqini TƏKLİF EDİB