“Sülh sazişi imzalanıb ratifikasiya edildikdən sonra biz artıq sərhəddə missiya həyata keçirməyəcəyik”.
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Ermənistan İctimai Televiziyasının efirində deyib.
Paraflanmış sazişdə tərəflərin sərhədə üçüncü ölkənin qüvvələrini gətirməməsi ilə bağlı bəndin olmasına dair sualı cavablandıran Ritter bildirib: “Fikrimizcə, bəli, hərçənd konkret olaraq bunun bizə aid olduğu göstərilmir, amma biz bilirik ki, sülh sazişi imzalanıb ratifikasiya edildikdən sonra bizə artıq ehtiyac olmayacaq, sərhəddə bizə ehtiyac qalmayacaq. Bununla belə, biz sərhədyanı icmalara səfərləri davam etdirəcəyik. Sərhədyanı icmalara gedib işimizi davam etdirməyimiz barədə qarşılıqlı razılaşma var”.
Qeyd edək ki, Ritter yaxın vaxtlarda fəaliyyətini başa vuracaq. Hələlik Aİ-nin Ermənistandakı missiyasının yeni rəhbərinin kim olacağı məlum deyil.
Aİ missiyası Bakı və İrəvan arasında sülh sazişindən sonra Ermənistan sərhədini tərk edəcək
Gürcüstan Venesuelanı Abxaziya və Cənubi Osetiyanın tanınmasını GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR
Tramp miqrantlara qarşı mübarizə üçün NATO-nun 5-ci maddəsinin tətbiqini TƏKLİF EDİB