Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutacaq sülh danışıqlarında əsas müzakirə mövzusu ərazi məsələsi olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, danışıqların mərkəzində Ukraynanın şərqində əraziyə nəzarət məsələsi dayanacaq. “Əsas məsələ… Ukraynanın şərqində ərazi nəzarəti ilə bağlı olacaq”, – deyə mənbə bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Administrasiyasının köməkçisi Yuri Uşakov daha əvvəl bəyan etmişdi ki, ərazi məsələsi həll olunmadan Ukrayna münaqişəsi üzrə uzunmüddətli nizamlanmaya nail olmaq mümkün deyil.
Qeyd edək ki, yanvarın 23-nə keçən gecə Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner arasında danışıqlar aparılıb. Təxminən dörd saat davam edən görüşdə tərəflər Moskva, Kiyev və Vaşinqtonun iştirakı ilə təhlükəsizlik məsələləri üzrə üçtərəfli danışıqlar qrupunun ilk iclasının 23 yanvar tarixində Əbu-Dabidə keçirilməsi barədə razılığa gəliblər.
Avropa İttifaqı ABŞ ilə münasibətlərdə geri dönüşü olmayan yola daxil olub - "Politico"
Aİ missiyası Bakı və İrəvan arasında sülh sazişindən sonra Ermənistan sərhədini tərk edəcək
Gürcüstan Venesuelanı Abxaziya və Cənubi Osetiyanın tanınmasını GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR
Tramp miqrantlara qarşı mübarizə üçün NATO-nun 5-ci maddəsinin tətbiqini TƏKLİF EDİB