23 yanvar 2026 21:51
97

Tramp və Petro görüşəcək

ABŞ-ın Dövlət katibi Marko Rubio Kolumbiyanın xarici işlər naziri Roza Yolanda Vilyavisensio ilə ticarət əlaqələri, regional təhlükəsizlik sahəsində əməkdaşlıq və narkotik qaçaqmalçılığına qarşı tədbirlər də daxil olmaqla, ümumi prioritetləri müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

Tərəflər həmçinin Kolumbiya və ABŞ prezidentləri Qustavo Petro və Donald Tramp arasında fevralda keçiriləcək görüşü müzakirə ediblər.

Daha əvvəl Qustavo Petro fevralın 3-də Ağ Evdə amerikalı həmkarı Trampla mühüm danışıqlar aparacağını elan edib.