Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində də işlər davam etdirilir.
Bu barədə “İki sahil”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
AYNA-dan bildirilib ki, avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. Ötən il ərzində Bakıya 290-dan artıq avtobus gətirilib, ölkə üzrə isə 2025-ci il ərzində 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu, həm şəhərdaxili, həm rayondaxili, həm də şəhərlərarası avtobuslara aiddir”.
Yaqut Ağaşahqızı, “İki sahil”
Avtobus parkında hazırda 1600-dən artıq pandusla təchiz edilmiş avtobus mövcuddur