Hazırda Bakı şəhərində gündəlik sərnişindaşıma fəaliyyətinə 2300-ə yaxın avtobus cəlb olunub.
Bu barədə “İki sahil”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

AYNA-dan verilən məlumata görə, paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək.
Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Avtobus parkında hazırda 1600-dən artıq pandusla təchiz edilmiş avtobus mövcuddur
Ölkə üzrə 2025-ci il ərzində 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib