11 mart 2026 08:33
128

Rövşən Nəcəf: SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır

“İndi dəniz neft və qaz ilə paralel olaraq, biz quru və ənənəvi sahələri də inkişaf etdiririk. Bu mənada ABŞ şirkətləri texnologiyaya, biliklərə və təcrübəyə çıxış imkanları baxımından təbii tərəfdaşlardır”. 

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. O, bildirib ki, artıq “Exxon” ilə bu əməkdaşlığa başlanılıb. “Həmkarlarımız və ABŞ şirkətləri müzakirələrdə iştirak edirlər. SOCAR da ABŞ-dəki layihələrə çıxış əldə etməkdə və onlarda pay və maraq əldə etməkdə çox maraqlıdır və ABŞ-də bir neçə tərəfdaşla aktiv müzakirə prosesi gedir. Bu günlərdə etibarlı enerji mənbələrinin nə qədər vacib olduğunu görürük. Düşünürdüm ki, bu, Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq”,- deyə o bildirib.