14 aprel 2026 15:29
295

Bank olmayan kredit təşkilatlarının maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır

Bank olmayan kredit təşkilatlarının maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır.

Bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Mərkəzi mətbuat konfransında bildirib.

A.Həsənov qeyd edib ki, 2025-ci ilin sonuna olan məlumatlara əsasən,  Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 54, kredit ittifaqlarının (Kİ) sayı isə 35 olmaqla,  ümumilikdə qeyri-bank kredit təşkilatlarının sayı  89 olub. Bütövlükdə maliyyə sistemində aktivlərinə görə BOKT-lərin bazar payı 2.1% təşkil  edib. İl ərzində 4 BOKT və 1 Kİ-nin lisenziyası  ləğv edilib, 1 BOKT-yə isə yeni lisenziya  verilib.

Hazırda, fəaliyyətdə olan BOKT-lərin  14-ü xarici kapitallıdır ki, onlardan 11-də xarici  kapitalın payı 50%-dən yüksəkdir. İl ərzində ümumilikdə işçilərinin sayı 357 nəfər artaraq 3  903 nəfər, filialların sayı isə 7 ədəd azalaraq 297  olub.

Orxan Vahidoğlu, "İki sahil"