14 aprel 2026 15:49
275

Faiz və qeyri-faiz xərclərinin artımına baxmayaraq...

Faiz və qeyri-faiz xərclərinin artımına baxmayaraq mənfəətlikdə artım baş vermiş və sektorun mənfəətliyi yüksək olaraq qalıb.

Bu fikirləri Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Mərkəzi Bankın 2025-ci ilin maliyyə sabitliyi hesabatına dair keçirilən mətbuat konfransında bildirib.

A.Həsənov qeyd edib ki, 2025-ci ildə bank sisteminin xalis mənfəəti ötən il ilə müqayisədə 11% (118 mln. manat) artaraq 1,162 mln. manat təşkil edib. Sektorun mənfəətliliyinin və aktivlərin artımı fonunda ROA göstəricisi sabit qalaraq 2.1% olub. Mərkəzi Bankın rəsmisi vurğulayıb ki, Yalnız bir bankın zərərlə fəaliyyəti fonunda, digər bütün banklar 2025-ci ili mənfəətlə başa vurmuşdur.

2025-ci il ərzində mənfəətlə işləyən 21 bankın mənfəəti 1,162 mln. manat,  zərərlə işləyən 1 bankın zərəri isə 0.4 mln. manat olmuşdur. İl sonuna sektorun ROA göstəricisi 2.1%  təşkil etmişdir. 2025-ci ildə sektor üzrə faiz və qeyri-faiz xərclərinin orta aktivlərə nisbəti artmışdır. Bununla belə, faiz gəlirlərinin orta aktivlərə nisbətindəki artım xərclərdəki yüksəlişi kompensasiya etmiş və nəticədə ROA göstəricisi ötən ilin eyni dövrünə nisbətən sabit  qalmışdır.

Orxan Vahidoğlu, "İki sahil"