14 aprel 2026 16:08
272

Azərbaycan Mərkəzi Bankı taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb

Taksilərin icbari sığortası üzrə əmsalın 50% artırılması bu nəqliyyat vasitələrinin zərərliliyinin yüksək olması ilə bağlıdır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

V.Qurbanov qeyd edib ki, 2025-ci il üzrə icbari avtosığorta üzrə zərərlilik 74%-dən 85%-ə yüksəlib: "Yəni, zərərlilik 11% artıb. Bu da əsas taksi fəaliyyəti ilə bağlıdır. Digər seqmentlərdən fərqli olaraq taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin qət etdiyi məsafə yüksəkdir. Yəni qəza etmək sıxılığı yüksəkdir. Bununla belə, əmsalların artırılması zərərliliyi müəyyən qədər kompensasiya edir, tam qarşılamır."